“SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün qaz təchizatı ilə bağlı yaranan problemlərin aradan qaldırılmasında maraqlıdır və həlli istiqamətində işlərini davam etdirir”.
Newscenter.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev paytaxtın Xəzər rayonunda sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib.
“Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə sahibkarların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Xəzər Rayon İcra Hakimiyyətinin, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər. Xəzər rayonunda yerləşən 26 nömrəli tam orta məktəbin nümayəndəsi qarşıdakı günlərdə əgər hava şəraitində dəyişiklik olarsa, təbii qazın verilişi üçün Birlikdən müəyyən müddət möhlət istəyib. Daxil olan müraciətlə bağlı köməklik göstəriləcəyi qeyd edilib. Digər çıxış edən sahibkarlar qaz təchizatı ilə bağlı heç bir problemlərinin olmadığını bildirərək, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə təşəkkür ediblər.
Sevinc