Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan nümayəndə heyəti Cəbrayıla gəlib

Gürcüstan nümayəndə heyəti Cəbrayıla gəlib


Gürcüstan mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

“Report” xəbər verir ki, bu gün nümayəndə heyəti Cəbrayıl rayonuna gəlib.

Səfər zamanı onlar ermənilərin işğal dövründə törətdikləri dağıntılar, həmçinin ərazidə aparılan bərpa işləri ilə tanış olacaqlar.

Aprelin 16-sı Gürcüstandan olan nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.
Xəbəri paylaş