Macarıstan və Monqolustanın Qazaxıstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Beynəlxalq Türk Akademiyasını ziyarət etdilər.
Newscenter.az Beynəlxalq Türk Akademiyasına istinadən xəbər verir ki, Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona Türk Kitabxanası və Muzeyi ilə, həmçinin kitabxanada tanınmış türkoloq İştvan Konır Mandokinin şəxsi kolleksiyası ilə tanış olub.
Akademiyanın təşəbbüslərini dəstəklədiyini bildirən səfir Macarıstanda bu yaxınlarda keçirilmiş parlament seçkiləri ilə əlaqədar Akademiya tərəfindən göndərilən təbrikə görə xarici işlər nazirinin təşəkkür məktubunu təqdim edib.
Monqolustanın Qazaxıstandakı səfiri Dorjin Bayarkhuu da Monqolustanın Türk dünyası ilə humanitar əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Akademiyaya təşəkkürlərini çatdırıb.
Akademiya prezidenti Darhan Qydyráli də yeni təyin olunmuş səfirlərə uğurlar arzuladı və Beynəlxalq Türk Akademiyasının əməkdaşlığın genişlənməsi üçün hər cür dəstəyə hazır olduğunu bildirib.
Görüşlər zamanı mövcud layihələr və gələcək işbirliyi istiqamətləri barədə səmərəli müzakirələr aparılıb.
Mehman