Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Nizami rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü ilə Xəmsə restoranında şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

Newscenter.az xəbər verir ki, vətənimiz uğrundan canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, şəhid Alı Həsənlinin atası Nofəl Həsənov, Vətən müharibəsinin qazisi Teymur Kərimli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, insanları xeyirxahlığa, birliyə dəvət edən, insanların ruhunu təzələyən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Qeyd olunub ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunması, Qarabağımızın, Şərqi Zəngəzurumuzun işğaldan azad olunmasında şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarını fədakar fəaliyyəti, misilsiz səyləri, rəşadət və şücaətləri yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, ali dövlət rəhbərlərimizə Uca Allahdan sonsuz xeyir-dualar diləyir.

Keşlə Məscidinin axundu hacı Sirac Səfərov “Qurani-Kərim”dən ayələr oxuyub, dualar edib, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, sonra iftar süfrəsi açılıb.

Ruhiyyə
Xəbəri paylaş