Prezident İlham Əliyev şəksiz dünya siyasətində sanballı çəkiyə malik, böyük statuslu Siyasi lideridir. Onun siyasi istedadı və potensial imkanları Cənubi Qafqaz və yaxın regionla məhdudlaşmır və hədsiz böyük bir siyasi coğrafiyanı əhatə edir. Onun praktik olaraq siyasi sistemə gətirdiyi yeni davranış modeli qlobal səviyyədə qəbul olunur. Onunla beynəlxalq səviyyədə, ən mötəbər siyasi arenalarda hesablaşırlar, məsləhətləşirlər, məsləhət alırlar, birgə xoşniyyətli yollar cızırlar. Çünki İlham Əliyevin dərin siyasi məntiqi və dəmir iradəsi qarşısında gerçəkliyi qəbul etməmək qətiyyən mümkün deyil. Biz bunu 44 günlük Vətən müharibəsi dövründə və son aylarda çox aydın görürük. Dünyanın nüfuzlu 10-larla media orqanına müsahibə verən İlham Əliyevin prinsipial və mükəmməl siyasi qətiyyəti, müdrik yanaşmaları və tarixi Zəfərdən sonra yaratdığı yeni reallıqlar planetar gerçəkliyin təzahürü kimi diqqəti cəlb edir. Dünya ölkələrinin liderləri Onun yaratdığı yeni reallıqlarla barışmalı olur, Onunla aparılan siyasi dialoqlar nikbin ruhda faydalılıqla başa çatır, təklif etdiyi sülh və əməkdaşlıq modelinə dəstəklər artır. Bütün bu nadir keyfiyyətlər Cənab İlham Əliyevin planetar lider kimi müasir dünyada nüfuz və etimadını daha da möhkəmləndirir.
O, dünya miqyasında baş verən bütün prosesləri özünəməxsus dərin analitik zəka ilə izləyir və təhlil edir, hər bir qərarında haqlı olduğunu təsdiqləyir. Məsələn, Cənab Preizdent Xankəndində məskunlaşmış ermənilərin qaz təchizatında texniki səbəblərə görə, yaranmış fasilələrə dərhal “üsyan” qaldıran Avropa ölkələrinin özündəki vəziyyəti çox mahircəsinə, siyasi ustalıqla ifşa edir. “Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür?”. Bu mesaj Ermənistana “atalıq edən” Avropa ölkələrinin saxtakarlığını və riyakarlığını ifşa edən ən mükəmməl siyasi dəyərləndirmədir. Bu, Cənab Prezidentin ən inkişaf etmiş ölkələrdə belə hansı boşluqlar və nöqsanlar varsa, çox dəqiqliklə məlumatlı olduğuna işarədir.
Cənab İlham Əliyev həmçinin, Azərbaycana qarşı humanitar fəlakət törədərək 30 dərəcə şaxtada Naxçıvanı 15 il qazsız qalmağa məhkum edən Ermənistanın bu qeyri-insani hərəkətlərinə laqeyd, biganə qalan Avropa Birliyinə, beynəlxalq təşkilatlara mesaj verərək sərrastlıqla onların ədalətsiz və ikili standartlara söykənən mövqeyini, hər zaman ayrı-seçkiliyə yol verdiyini və bununla da əsli simasını təqdim edir. Azərbaycana qarşı ekoloji terror törədən, uzun illər içməli su mənbələrindən məhrum edən Ermənistanın bu anti-humanitar əməlləri haqqında yüzlərlə faktlar, əsaslı sənədlər ortada olduğu halda dünya birliyinin susmasını da insanlığa sığmayan vəhşiyiliyə qarşı beynəlxalq səviyyədə soyuqqanlıq və vicdansızlıq hesab edir.
İlham Əliyev beynəlxalq ictimaiyyəti əsil fakt qarşısında qoyur - Oxçuçayı fəlakətli duruma gətirən, zəhərləyən keçmiş prezident Serj Sarkisyanın korrupsioner oğru şirkəti olan “Cronimet” və şərikləri olan xarici şirkətlər Azərbaycanda ağlasığmaz fəlakətlər törədib, yaxud, Fərrux dağının altında yerləşən Xaçınçay su anbarını ekoloji təhlükəyə düçar edibdir, bu vəhşiyiə və cinayətə niyə susursunuz? Bunları niyə görmək istəmirsiniz?
Əlbəttə, bu və digər ictimai və siyasi motivli məqamlarla bağlı Azərbaycan Prezidentinin prinsipial və möhtəşəm qətiyyətini, iradəsini əks etdirən 100-lərlə fakt göstərə bilərik. Bütün bunlar isə Cənab İlham Əliyevin qeyd-şərtsiz möhkəm prinsipiallığını, əzmkarlığnı və dəmir iradəsini göstərir. Eyni zamanda, Azərbaycana ağıl vermək istəyən ölkələrin hər birinin problemlərinə yaxından bələd olduğunu, həmin dövlətlərin nəbzini tutmağı bacardığını və ikibaşlı oyun oynamağın onlar üçün mənasız və məntiqsiz olduğunu təsdiqləyir.
Beləliklə, bu mühüm faktoirlar Cənab İlham Əliyevin nadir siyasi istedadını və Planetar təfəkkürli müdrik siyasi liderlik keyfiyyətlərini nümayiş etdirir.
Son olaraq Zəngəzur dəhlizi barədə məsələyə bir daha diqqət yetirmək istərdim. Ötən ay İranla Azərbaycan arasında Araz dəhlizinin yaradılmasına dair imzalanmış sazişdən sonra bu dəhlizin gündəlikdən çıxmasına dair əsassız səs-küy qaldıranlar anlamalıdırlar ki, Azərbaycan Prezidenti qarşısına qoyduğu hər hədəfə çatmağa qadirdir, Onun qətiyyəti və iradəsi qarşısında heç nə dayana bilməz. İlham Əliyevin hökumətin müşavirəsində səsləndirdiyi “Zəngəzur dəhlizi gündəlikdə qalır” bəyanatı nida işarəsidir. Nida İşarəsi isə İlham Əliyev gerçəkliyinin simvoludur.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki