Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayöndəsi təyin olunacaq?

Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayöndəsi təyin olunacaq?


Yeni yayılan məlumata görə Rusiya tərəfi elan edib ki, artıq ATƏT-in Minsk Qrupu olamayacaq, amma Rusiyanın Qarabağ danışıqları üzrə xüsusi nümayöndəsi təyin olunacaq. Bu açıqlamadan belə qənaətə gəlmək olar ki, Rusiya yenidən məsələnin həllinə mane olmağa çalışır.

Burada maraqlı olan odur ki, artıq Azərbaycan və Ermənistan liderləri səviyyəsində görüş keçirib və birbaşa sülh danışıqlarına başlamaları üçün razılıq əldə edilib. Həmçinin birneçə gün öncə Azərbaycan və Ermənistan XİN başçıları arasında birbaşa telefon əlaqəsi yaranıb və 6 Aprel 2022-ci ildə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş sülh danışıqlarının detallarını müzakirə ediblər. O zaman burada sual yaranı ki, Rusiya bu proseslərin baş verməsi fonunda niyə belə narahat olur? Niyə Azərbaycan və Ermənistan arasında birbaşa ikili təmasların olmasını istəmir? Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmadan sonra Rusiyanın "xüsusi nümayəndə" təyin etməsinə nə gərək var?

Fikrimcə, Rusiyanın əsas məqsədi münaqişənin həlli istiqamətində ciddi addımlar atılmasına mane olmaq və sülh prosesini ləngitməkdir. Əlbəttə ki, artıq hər iki tərəf arasında birbaşa razılıq əldə olunubsa, üçüncü tərəfə ehtiyac yoxdur. Rusiya tərəfi onu da yaxşı başa düşür ki, tərəflər arasında sülh müqaviləsi olarsa, onun "sülhməramlıları" Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir. Ona görə də belə narahatlıqları büruzə verməkdədir. Buradan onu da anlamaq olur ki, ATƏT-in 28 illik "fəaliyyəti"ndə də Rusiyanın danılmaz "zəhməti olub.
Artıq bölgədə reallıqlar dəyişib və Azərbaycan-Ermənistan arasında birbaşa əlaqə qurulub. Bundan sonrakı mərhələdə də ikili formatı davam etməsinə inam çoxdur.

Samir Hümbətov-"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri
Xəbəri paylaş