Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları şəhər ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xudat şəhər sakini Qədir İsayev saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda Xudat şəhəri ərazisində olan ərzaq mağazalarına girərək oradan pul, ümumi 1710 manat dəyərində müxtəlif növ siqaretlər və külli miqdarda danışıq kartları oğurladığı müəyyən edilib.
Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə ayrı-ayrı vaxtlarda avtomobil təmir sexinə daxil olaraq oradan ümumilikdə 2400 manat pul oğurlayıb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Mehman