Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTİ-də “Keyfiyyət idaretmə sistemi”nin tətbiqi həyata keçirilməyə başlanılıb

AQTİ-də “Keyfiyyət idaretmə sistemi”nin tətbiqi həyata keçirilməyə başlanılıb


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) 2022-ci ildən keyfiyyətli idarəçilik prinsipinə əsaslanaraq, idaretmənin təkmilləşdirilməsi və onun müasir çağırışlara uyğunlaşdırılması məqsədilə ISO 9001:2015 “Keyfiyyət idaretmə sistemi”nin tətbiqi həyata keçirilməyə başlanılıb.

Newscenter.az xəbər verir ki, Mərkəzi ofisi Hollandiyanın Reysveyk şəhərində yerləşən, bir çox Avropa və beynəlxalq texnologiyaların təhlükəsizliyinin təhlilində, eləcə də çoxsaylı cihaz və komponentləri üçün təhlükəsizlik standartlarının tərtibində iştirak edən, sınaq, yoxlama və sertifikatlaşdırma üzrə Avropa qurumu - Kiwa tərəfindən 2022-ci il 10 mart tarixində həyata keçirilən “ISO 9001: 2015 Kalite Yönetim Sistemi Temel Bilgilendirme ve İç Denetçi Eğitimi” proqramını və qiymətləndirmə imtahanını uğurla başa vuran İnstitutun mütəxəssisləri sertifikat almağa nail olublar.

Sertifikasiya daxili auditlərin aparılmasına, bütün proseslərin öncədən sənəd forması nəticəsində hazırlanmış prosedurlara uyğun aparılması və prosedurlara əsasən, auditlərin aparılmasına, uyğunsuzluqların aşkar edilməsi və təkmilləşdirilməsinə, beynəlxalq arenada İnstitutun fəaliyyətinin ISO 9001 standartına uyğun aparılmasına imkan verəcək və digər qurumlarla əməkdaşlıq etməyə daha da əminlik yaradacaq.

Sevinc
Xəbəri paylaş