Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BƏƏ ilə ekologiya, qida təhlükəsizliyi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib

BƏƏ ilə ekologiya, qida təhlükəsizliyi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev bu ölkənin ətraf mühit və iqlim dəyişikliyi naziri xanım Məryəm bint Məhəmməd Əl-Mheiri ilə görüşüb.

Newscenter.az səfirliyə istinadən xəbər verir ki, görüş zamanı iki dost ölkə arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişafından razılıq ifadə olunub. Ekologiya, qida təhlükəsizliyi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüş zamanı M.Əliyev ölkəmizin investisiya imkanları barədə qarşı tərəfə ətraflı məlumat verib.

Səfir Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, həmin ərazilərdə törədilmiş dağıntılar, maddi-mədəniyyət, tarixi və dini abidələrin, təbii qoruqların məhv edilməsi, oradakı təbii sərvətlərin talan edilməsi və ekologiyaya vurulmuş ziyan barədə həmsöhbətinə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərimizin təbii və mineral sərvətlərlə zəngin olduğunu, əkinçilik üçün münbit şəraitə və böyük su resurslarına sahib olduğunu diqqətə çatdıran səfir Mahir Əliyev hazırda həmin ərazilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında geniş quruculuq işlərinin aparıldığını vurğulayıb.

Görüşdə hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq imkanlarının araşdırılması və əməkdaşlığa dair saziş layihələrinin hazırlanması üçün müzakirələrin aparılması barədə razılıq əldə olunub.

Mehman
Xəbəri paylaş