Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionda sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır

Regionda sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır


Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə çıxış etdi. Cari ilin birinci rübünün yekunları onu deməyə əsas verir ki, bu ilin 3 ayında Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib. Bu dövrün əsas uğurlarından biri Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və keçirdiyi beynəlxalq görüşlərdə əldə olunan nailiyyətlərdir.

Bu dövrdə Azərbaycan və Ermənistan arasında olan münasibətlər sülh istiqamətində irəliləyiş əldə edib. Gedişatdan görünən odur ki, bu gün Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkir. Ermənistanın başqa bir yol seçməsi də onun zərərinə olardı. Dövlət başçısının da söylədiyi kimi, "Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. Aprelin 6-da Brüsseldə baş tutan görüşün nəticəsi olaraq, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər işçi qrup formalaşacaq. Sülh müqaviləsinin hazırlanmasına dair işçi qrupları da tezliklə işə başlamalıdır. Yəni, Ermənistan adekvat yanaşma sərgiləsə, yaxın müddətdə sülh razılaşmasının imzalanması mümkün görünür”.

Ölkəmiz sülh istiqamətində konstruktiv addımlar atmaqdadır və qarşı tərəfin eyni davranmasını gözləyir. Əks hal sülh istiqamətində irəliləyişə maneə olacaq. Dövlət başçısının da söylədiyi kimi, “Burada sülhə mane olacaq məsələlərdən biri də Ermənistanı silahlandırmaqdır ki, bununla bağlı Prezident növbəti dəfə xəbərdarlıq etdi. Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, rəsmi Bakı bunu qeyri-dost addımı kimi qiymətləndirəcək və təbii ki, öz addımlarını da buna uyğun şəkildə atacaq”.

Ölkə başçısı əlavə olaraq qeyd etmişdir: "İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək".

Bu fikirlər onu deməyə əsas verir ki Ermənistan hakimiyyəti o cümlədən Paşinyan sülh istiqamətində fəal çalışmalıdır və revanşist əməllərdən əl çəkməlidir. Onlar anlamalıdırlar ki regionda Azərbaycan və Türkiyə ilə hesablaşmadan, sakit qonşuluq münasibətləri aparmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ermənistanı iqtisadi, siyasi, hərbi və digər sahələrdə düşdüyü bataqlıqdan ancaq bu xilas edə bilər.

Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş