Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, "Sabah"ın U-19 komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbə qazanıb. U-17-nin heytində Davud Mənsumov fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi daha öncə keçirdiyi oyunda "Şamaxı"nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.