Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən sutka koronavirusdan bir nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 792 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 516 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 140 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 297, bu günə qədər isə ümumilikdə 6 769 897 test icra olunub.