Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Ukraynanın tikinti naziri ilə görüşüb

Azərbaycanın Xarkovdakı fəxri konsulu  Ukraynanın tikinti naziri ilə görüşüb


Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Ukraynanın tikinti naziri Aleksey Çernışev arasında görüş olub
Görüş Qəhrəman şəhər Axtırkada mer Pavel Kuzmenkonun iştirakı ilə dağıdılmış Şəhər Şurasının binası yaxınlığında baş tutub.

Newscenter.az xəbər verir ki, Əfqan Salmanov və Aleksey Çernışev Ukrayna şəhərlərində döyüşlər zamanı dağılmış infrastruktur obyektlərinin yenidən qurulmasına Azərbaycan investisiyalarının cəlb edilməsi imkanlarını müzakirə ediblər.

Xüsusilə Qəhrəman şəhər Axtırkadakı Diyarşünaslıq Muzeyinin və Qəhrəman şəhər Xarkovdakı Azərbaycan Respublikasının Fəxri Konsulluğunun binaları barədə danışıblar.

Ukraynanın tikinti naziri Aleksey Çernışov bu çətin zamanda göstərdiyi dəstəyə və göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

Mehman
Xəbəri paylaş