Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Denisovdan Sputnik Azərbaycanda Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcinə QADAĞA

Denisovdan Sputnik Azərbaycanda Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcinə QADAĞA


Mart ayında Sputnik Azərbaycan nümayəndəliyinin rəhbərliyində dəyişiklik baş verib.

Azərbaycanlı jurnalist Əziz Əliyevin yerinə Rusiya kəşfiyyat polkovniki Vitali Denisov büroya rəhbər təyin edib. Vitali Denisov Sputnik Azərbaycana rəhbər kimi bir başa separatçı Cənubi Osetiyadan köçürülüb. Rusiya xüsusi xidmət orqanlarının polkovniki Denisov Cənubi Osetiyada strateji xarakterli tapşırıqları yerinə yetirib.

Polkovnik Denisov Sputnik Azərbaycan nümayəndəliyinin yeni media siyasəti üçün tabu və prioritet istiqamətlər müəyyənləşdirib.
Denisov Sputnik Azərbaycanda Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcinə qadağa qoyub.

Prioritet mövzular üçün isə redaksiyaya bir neçə istiqamətlər müəyyənləşdirib :

- Ölkədə baş verən problemli mövzuları işıqlandırmaq, sosial problemləri qabartmaq,
- Sosial narazılıq, yüksək xərclər, hökumətin iqtisadi, sosial problemləri həll edə bilməməsi kimi mövzularda körükləyici mövqelərin təşviq edilməsi.

QRU polkovniki Vitali Denisovun Sputnik Azərbaycanda tətbiqinə başladığı media siyasəti bir neçə ildir Sputnik Qazaxıstanda geniş tətbiq olunan media siyasətdir.

Yeganə Hacıyeva-beynəlxalq məsələlər üzrə ekspert
Xəbəri paylaş