Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib

Rusiya gəmilərinin Estoniya limanlarına daxil olması qadağan edilib


Estoniya hökuməti Rusiya gəmilərinin bu ölkənin limanlarına daxil olmasını qadağan edib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Estoniyanın iqtisadiyyat və kommunikasiyalar naziri Taavi Aas deyib.

Qərar bu gündən, aprelin 17-dən qüvvəyə minib.

“Kremlin aqressiyasına son qoymasına dair heç bir əlamət yoxdur. Ona görə Avropa tədricən müharibənin Rusiyaya baha başa gəlməsi üçün strateji yollar axtarır”, - o söyləyib.

Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Belçika, Ruminiya, Bolqarıstan və İtaliya Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağa qoyub.
Xəbəri paylaş