İspaniyanın Sevilla vilayətinin kənd və küçələrinə Kiyev, Odessa, Mariupol və Xerson adı verilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı özünün facebook sosial şəbəkə hesabında İspaniyadakı Azərbaycan diasporunun rəhbəri Vahid İmanov paylaşıb. O bildirib ki, şəhərin girişinə Ukraynanın bayrağı asılıb.
Bundan başqa ölkənin cənubunda yerləşən Fuentes de Andalucía kəndinə Ukrayna adı verilib.
Ad dəyişikliklərinin Ukrayna xalqı ilə həmrəylik, onlara mənəvi dəstək məqsədilə həyata keçirildiyi bildirilib. Kənd sakinləri 25-dək qaçqın ailəsinə ev təklif etmək niyyətindədir.
Mehman