Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başladığı ilk günlərdə prezident Volodimir Zelenski indikidən daha gərgin idi, işğalı durdurmaq üçün daima danışıqlar təklif edir, Kreml sahibi ilə istənilən yerdə görüşməyə hazır olduğunu vurğulayırdı. Zelenski ordusunun qəhrəmanlığını, Buça qətliamını və işğalçının itkilərini gördükcə mövqeyini dəyişib. İki aya yaxın davam edən müharibə Zelenskini siyasətçi və prezident olaraq püxtələşdirib, indi o sülhdən çox savaşdan danışır.
Volodimir Zelenski ABŞ-ın “CNN” telekanalına müsahibəsində deyib ki, Ukrayna üçün Rusiyanı cilovlamaq və “özlüyündə dayanmaq” vacibdir, çünki gələcək döyüş bütün müharibənin gedişatına təsir göstərə bilər. Zelenski gərəkirsə ölkəsinin işğalçı ilə 10 il də müharibə aparacağını deyib. Onsuz da Rusiya Ukraynanın iqtisadiyyatını, zavod və fabriklərini dağıdıb, Kiyev gələcəkdə sıfırdan başlamalı olacaq. Zelenski ölkəsinin resurslarını tükəndirən Rusiyanın resurslarını tükənməsi siyasətinə üstünlük verməyə başlayıb.
Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin sədri