Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı deputatlar Estoniya parlamentinin sədri ilə görüşüblər

Azərbaycanlı deputatlar Estoniya parlamentinin sədri ilə görüşüblər


Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar olaraq millət vəkillərinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti Estoniyaya səfər edib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Milli Məclisin deputatı Jalə Əhmədova qeyd edib ki, səfər çərçivəsində millət vəkili Azər Kərimli, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov ilə birgə Estoniya Riigikogunun (parlament) sədri Yuri Ratas və Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüş keçirilib.

Jalə Əhmədova bildirib ki, göüşdə Yuri Ratas, iki ölkə arasında diplomatik münasibətlərin yüksək səviyyədə olmasını, parlament qruplarının sıx və səmərəli əməkdaşlığını qeyd edib:

"Görüş zamanı, həmçinin Azərbaycan və Estoniya arasında siyasi dialoqun davam etdirilməsi, hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri, Azərbaycan və Ermənistan arasında siyasi dialoqun hazırkı vəziyyəti müzakirə edilib".

Ruhiyyə
Xəbəri paylaş