Salyan Regional qaz istismarı İdarəsinin xidmət sahələrində payız-qış mövsümündə əhalini və digər kateqoriyalardan olan istehlakçıları təbii qaz təchizatının fasiləsiz, tələbata uyğun təbii qazla təmin edən qaz kəmərlərinə və onların üzərində quraşdırılmış avadanlıqlara profilaktik texniki baxışlar həyata keçirilir.
Newscenter.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bununla da faktiki olaraq, 2022-2023-cü illər payız-qış mövsümlərinin hazırlıqlarına start verilib.
Qaz təsərrüfatı şəbəkəsində quraşdırılmış qaz avadanlıqlarının mühafizə olunması və kənar müdaxilələrdən qorunması məqsədilə qazpaylayıcı stansiyalara bitişik ərazilərdə "Azəriqaz" İstehsalat Birliyinə məxsus avadanlıqların ətrafının çəpərlənməsi, işçi personalının rahat işləməsi üçün abadlıq işləri, rənglənmə, eləcə də cari təmir işləri davam edir. Bütün görülən işlər istehlakçıların təbii qazla tələb edilən səviyyədə təmin edilməsi, həmçinin əməkdaşlarımız üçün sağlam iş şəraitinin yaradılması və ətraf mühitin mühafizəsinə xidmət edir.
Sevinc