Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Departamenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışlayıb

Dövlət Departamenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışlayıb


“ABŞ Ermənistan və Azərbaycan arasında son ikitərəfli XİN çağırışı, Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyinə dair son şərhlərini, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarını alqışlayır”.

“Report” xəbər verir ki, bu barədə açıqlama ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun tviter hesabında yer alıb.

“Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endrü Şoferi regiona göndərir”, - tvitdə qeyd olunub.
Xəbəri paylaş