Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müşfiq Cəfərov: "Azərbaycanda maskla tələbinə heç bir tibbi zərurət yoxdur"

Müşfiq Cəfərov: "Azərbaycanda maskla tələbinə heç bir tibbi zərurət yoxdur"


"Ölkədə pandemiyanın göstəriciləri demək olar ki, minimal rəqəmlərdir. Bu o deməkdir ki, artıq pandemiya bitib. Bu səbəbdən də digər karantin qadağaları kimi qapalı məkanlarda maska taxmaq qadağası da ləğv olunmalıdır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycanda maskla tələbinə heç bir tibbi zərurət yoxdur:

"Biz deyirik ki, pandemiya azalıb, əslində azalmayıb pandemiya bitib desək daha doğrudur, Yəni bunu hazırki göstəricilərə görə qeyd edirəm. Dünya təcrübəsinə baxsaq görərik ki, 40-50 nəfərlik statistik nəticələrlə pandemiyanı bitmiş hesab edirlər. Bütün qadağaları da ləğv edirlər. Mən düşünürəm ki, bu maska tələbi absurddur. Üstəlik xoş olmayan mənzərələrlə də qarşılaşırıq. Xüsusilə, ictimai nəqliyyatda DİN əməkdaşları ilə sərnişinlər arasında olan gərgin anlar baş verir. İnsanlar tərəfindən bunun sırf pul tələsi kimi qiymətlərindirilməsinə səbəb olan bu qadağa ləğv olunmalıdır".

Deputat diqqətə çatdırıb ki, hazırda pandemiyanın heç bir qorxusu yoxdur:

"Üstəlik müharibələrin və pandemiyanın səbəb olduğu çətin şəraiti də nəzərə alsaq, insanları cərimələyib, incitmək mənasıdır. Mən təklif edirəm ki, bu məsələdə dünya təcrübəsinə baxaq və onlarda olduğu kimi bunu cərimə halına gətirməyək, könülü olsun. Necə ki bəzi ölkələrdə bu tələb ya tamamilə aradan qaldırılıb, ya da maska var, lakin cərimə yoxdur. Azərbaycanda olan bu maska tələbinə heç bir tibbi zərurət yoxdur".

Müşfiq Cəfərov bildirib ki, digər məsələ quru sərhədlərin bağlı qalmasıdır:

"Bu da hazırkı dövrdə lazımsız bir qadağadır. Hazırda vətəndaşlarımız Rusiyadan və digər qonşu ölkələrdən quru yolla Azərbaycana gələ bilmirlər. Bu da haqlı narazılıqlara səbəb olur. Tezliklə maska və quru sərhədlərin bağlı qalması tələbi ləğv olunmalıdır. Bildiyimiz kimi Milli Məclisdə karantin cərimələrinin silinməsi təklif olundu. Mən də bu təklifə dəstək oluram və düşünürəm ki, bu cərimələr silinsə, daha yaxşı olacaq. Bu dövlətimizin apardığı əhalinin sosial rifahının yaxşılaşdırılması konsepsiyasının tərkibi olardı".

Ruhiyyə
Xəbəri paylaş