Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saleh Məmmədov Qarabağdakı yol layihələrinə baxış keçirib

Saleh Məmmədov Qarabağdakı yol layihələrinə baxış keçirib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədi ilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki, sədr Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.

Hazırda yolda torpaq yatağının, suötürücü boruların və kanalların tikintisi aparılır. Tuneldə isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqaməti üzrə 1 km-dən artıq qazma işləri icra olunub, 2 ehtiyyat keçidinin tikintisi yekunlaşıb.

Daha sonra S.Məmmədov 72,3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda həyata keçirilən mobilizasiya və torpaq işlərinin icrası ilə tanış olub. O, bu il istismara verilməsi nəzərdə tutulan, Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisinin gedişatı ilə də maraqlanıb. Hazırda yolun layihələndirilməsi ilə paralel olaraq, torpaq yatağının və 1 avtomobil körpüsünün inşası davam etdirilir.

Laçın rayonu ərazisində baxış keçirilən növbəti mühüm yol infrastrukturu layihəsi Xudafərin-Qubadlı-Laçın avtomobil yoludur. Qubadlı-Laçın istiqamətində 45 km-lik, Xanlıq istiqamətində isə 14 km-lik hissədə torpaq yatağının, körpülərin tikintisi və asfaltlanma işləri icra olunur.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir. Layihənin icra vəzityyəti ilə yerindəcə tanış olan sədrə məlumat verilib ki, yol boyu torpaq yatağının, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.

S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyyə və tapşırıqlarını verib.



Sevinc
Xəbəri paylaş