Samux rayonunda həmyerlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1985-ci il təvəllüdlü E.Sadıqovu qətlə yetirməkdə şübhəli bilinən şəxs, 1973-cü il təvəllüdlü Habil Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.