Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.
Universitetdən verilən məlumata görə, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.
Qeyd olunub ki, məlum hadisə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.
Xatırladaq ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.