Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Mərkəzi Bank əməkdaşlarına təlim keçirilib

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən Mərkəzi Bank əməkdaşlarına təlim keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçiləri tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı əməkdaşlarına “Telefonda müştəri xidmətləri” təlimi keçirilib.

Newscenter.az xəbər verir ki, 2 gün davam edən təlim zamanı 2 modul üzrə istiqamətləndirilən iştirakçılarla müxtəlif diskussiyalar və praktiki məşğələlər aparılıb, həmçinin aidiyyəti mövzularda maraqlı rol oyunları keçirilib.

Eyni zamanda iştirakçılara çağrı mərkəzində işləməyin avantajları, aktiv dinləmə və izahetmə bacarıqları, telefonda ünsiyyət etikası və inandırma bacarıqları, səsdən effektiv istifadə üsulları, müştəriyönümlü xidmətin açarı, gündəlik stresdən və tükənmədən qorunma üsulları, çətin hallardan çıxış yolları kimi bir sıra bacarıqlar və vərdişlər aşılanıb.

Əlavə olaraq təlimdə iştirakçılara manipulyasiya, telemarketinq, parazit sözlər, aqressiv müştərilərə cavab verilmə qaydaları və digər məlumatlar çatdırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən keçirilən “Telefonda müştəri xidmətləri” təliminin məqsədi çağrı mərkəzində performans idarəetməni və həm iş, həm də gündəlik həyatda telefondakı ünsiyyət proseslərini inkişaf etdirməklə uğurlu kadr və ya vətəndaş formalaşdırmaqdır.

Sevinc
Xəbəri paylaş