Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda yaşayan digər dinlərin nümayəndələri də hər zaman dövlətin qayğısı ilə əhatə olunublar

Azərbaycanda yaşayan digər dinlərin nümayəndələri də hər zaman dövlətin qayğısı ilə əhatə olunublar


Ötən gün Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılması barədə sərəncam imzaladı.

Azərbaycan müsəlman ölkəsi olsa da burada yaşayan digər dinlərin nümayəndələri də hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Sərəncama əsasən Qafqaz Müsəlmanları ilə yanaşı digər dinlərin nümayəndələrinə də yardımın ayrılması bu fikri bir daha təsdiq edir.

Bu gün Azərbaycan az saylı ölkələrdəndir ki, burada dövlət siyasətində dini icmalar arasında heç zaman ayrı-seçkiliyə yol verilmir. Eyni zamanda Azərbaycan nadir ölkələrdəndir ki, burada dini ibadət yerlərini dövlət özü inşa, təmir və bərpa edir. Dövlətin ölkəmizdə fəaliyyət göstərən icmalara eyni münasibəti göstərməsi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasına ciddi töhfələr verir. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev uğurla davam etdirir.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş