Bu ilin yanvar-mart ayları ərzində aşkarlanan narkotik vasitələrinin miqdarı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 880 kq 475,692 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 081 kq 614,282 qr-nı heroin, 505 kq 478,298 qr-nı marixuana, 141 kq 094,393 qr-nı tiryək, 5 kq 039,161 qr-nı həşiş, 198,940 qr-nı kokain, 142 kq 797,821 qr-nı psixotrop maddələr, 4 kq 252,797 qr-nı isə digər narkotik vasitələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.