Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə fəaliyyət göstərən marketdə nöqsanlar aşkar edilib

Gəncədə fəaliyyət göstərən marketdə nöqsanlar aşkar edilib


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi, ev 65 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsgərli İltimas Lətif qızının istifadəsində olan “Dalğa” marketdə keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Sevinc
Xəbəri paylaş