Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə səyyar qəbul keçirilib

Gəncədə səyyar qəbul keçirilib


19 aprel 2022-ci il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İnternat Tipli Xarici Dillər Təmaüllü Gimnaziyada vətəndaş qəbulu keçirib. Newscenter.az xəbər verir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, ara yolların təmiri, su və qaz təchizatının verilişi ilə bağlı məsələlər üstünlük təşkil edib. Bundan başqa sakinlər bəzi ərazilərdə 7 nömrəli marşrut xətti üzrə çalışan ictimai nəqliyyat vasitələrinin məsafəsinin artırılmasını xahiş ediblər.

Niyazi Bayramov qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mehman
Xəbəri paylaş