Kanada hakimiyyəti Ukraynaya ağır artilleriya göndərəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo jurnalistlərə bildirib.
Trüdonun sözlərinə görə, təfərrüatlar yaxın günlərdə açıqlanacaq.
Martın əvvəlində Trüdo Kanadanın Ukraynaya 50 milyon Kanada dolları (38,8 milyon ABŞ dolları) məbləğində əlavə hərbi yardım göndərəcəyini açıqlamışdı. Yardım paketinə, o cümlədən, 4,5 min M-72 tank əleyhinə qumbaraatan və 7,5 minə yaxın əl qumbarası daxildir.