Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması üçün dəstək göstərilir

Mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması üçün dəstək göstərilir


Füzuli rayonu Böyük Bəhmənli kəndində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsini uğurla davam etdirir.

Newscenter.az-a İctimai Birlikdən verilən xəbərə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

19 aprel 2022-ci il tarixdə Füzuli rayonu Böyük Bəhmənli kəndində rayon İcra hakimiyyətinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihədə məqsəd mina qurbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək bu insanların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bu məqsədlə də Füzuli rayonu Böyük Bəhmənli kəndində yaşayan mina qurbanı Mamedov Əvdil Elman oğlu bu layihənin benefisiarlarındandır. Ona özünün istəyi ilə 16 baş keçi alınıb təhvil verilib.

Tədbirdə çıxış edən digər şəxslər belə layihələrin vacibliyini bildirdilər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür ediblər.

Mehman
Xəbəri paylaş