Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft Fondu bu ilin ilk 3 ayında 1 milyard dollar itirib?

Neft Fondu  bu ilin ilk 3 ayında 1 milyard dollar itirib?


Ötən rüb ərzində Fondun 1 milyard dollarlıq itkiləri əsasən onun Rusiya bazarında yerləşdirdiyi və son illər dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq geri çəkmədiyi aktivlərin dəyərsizləşdirilməsindən yaranıb.

ARDNF 2022-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Bu açıqlamadan bəlli olur ki, Dövlət Neft Fondu bu ilin 1-ci rübündə 1 660 800 000 (1 milyard 660 milyon 800 min) manat itkiyə məruz qalıb. Belə ki, Fondun aktivlərinin yenidən qiymətləndirilməsi zamanı onların bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərqi bu qədər olub. Ötən rüb ərzində Fondun 1 milyard dollarlıq itkiləri əsasən onun Rusiya bazarında yerləşdirdiyi və dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq geri çəkmədiyi aktivlərin dəyərsizləşdirilməsindən yaranıb.

Bununla yanaşı dolların bahalaşmasına görə Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 214,3 milyon manat təşkil edib. Məlumat üçün qeyd edim ki, Fondun aktivlərinin 70 faizi ABŞ dollarındadır.

2022-ci il martın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəli ilə müqayisədə 0,5 faiz artaraq 45 264 milyon ABŞ dolları təşkil edib. Məlumat üçün onu da qeyd edim ki, Neft Fondunun 2022-ci il üçün büdcəsi 1 barrel xam neft qiyməti 50 dollar əsasında hesablanıb, halbuki, bu ilin 1-ci rübündə Azərbaycan neftinin 1 barrelinin qiyməti orta hesabla105 dollar təşkil edib, yəniz proqnoz qiymətdən ən azı 2 dəfə yüksək olub.

Qubad İbadoğlu-iqtisadçı
Xəbəri paylaş