Niderland Ukraynaya zirehli texnika və digər ağır silahlar göndərəcək.
"Report" xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte tviter hesabında bildirib.
Rutte artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zirehli texnika tədarük etmək qərarını açıqlayıb.
UNİAN-ın məlumatına görə, son vaxtlar Ukraynanın tərəfdaşları ona lazımi silahları daha fəal şəkildə ötürürlər. Xüsusilə, Slovakiya S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib.
Böyük Britaniya Ukraynaya “Mastiff” qoruyucu zirehli maşınların göndərildiyini elan edib. Eyni zamanda Avstraliyanın Baş naziri Skott Morrison zirehli transportyorların Ukraynaya göndərildiyini açıqlayıb.
Bundan əlavə, ABŞ Ukraynaya 18 155 mm-lik yedəkli haubitsa və 40 min artilleriya mərmisi, eləcə də digər zəruri avadanlıq göndərib.