Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqları aparacağına ümid edir.
"Report"un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.
"Mən Ukraynanın xarici işlər naziri Dmiti Kuleba ilə telefonla danışmışam. Rusiyalı həmkarım Sergey Lavrovla da danışmağı planlaşdırıram. Prezidentimiz Putin və Zelenski ilə dəfələrlə olduğu kimi, yenə telefon danışıqları aparmaq niyyətindədir", - deyə Çavuşoğlu bildirib.