Rumıniya milli müdafiə sisteminin bəzi qurumlarının ehtiyatlarından Ukraynaya silah ötürəcək.
"Report" xəbər verir ki, bu barədə "Romania Libera" nəşri məlumat yayıb.
Bu qərar Rumıniya qanunvericiliyinə dəyişiklik etməklə mümkün olacaq.
Bu münasibətlə Milli Müdafiə Nazirliyi fövqəladə fərman layihəsi hazırlayıb. Layihənin mətnində bunun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kontekstində zəruri olduğu bildirilir.
Bu sənədin təsdiqindən sonra Rumıniya hərbi ehtiyatlardan müttəfiq və ya tərəfdaş dövlətlərə məhsul tədarük edə biləcək.