Bu gün Yaponiyanın Rusiyaya qarşı yeni sanksiyalar paketi, o cümlədən Rusiyadan 38 növ malın idxalına qadağa qoyulması qüvvəyə minib.
“Report” xəbər verir ki, müvafiq qərarı Yaponiya hökuməti qəbul edib.
Siyahıya spirt və məişət texnikası, ağac və digər mallar daxildir. Yaponiyaya idxal edildikdə onların ümumi dəyəri 15 milyard yen (118 milyon ABŞ dolları - Red) təşkil edirdi. Əslində, bu, Rusiyadan mal idxalına ilk qadağadır.
Eyni zamanda, qadağa qüvvəyə minənədək müqavilələri bağlanmış malların idxalı iyulun 18-dək qüvvədə olacaq.
Maliyyə Nazirliyinin məlumatına görə, Yaponiyanın Rusiyadan idxalı keçən il 1,55 trilyon yen (12,2 milyard ABŞ dolları - Red) təşkil edib. Beləliklə, qadağan olunmuş idxalın payı cəmi 1,1% təşkil edir. Lakin bu məbləğlər sanksiyaların iqtisadiyyatın ayrı-ayrı sahələrinə vurduğu ziyanı nəzərə almır.