Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsas prioritet Qarabağı və Şərqi Zəngəzuru ideal bölgə kimi qurmaqdır

Əsas prioritet Qarabağı və Şərqi Zəngəzuru ideal bölgə kimi qurmaqdır


Dünyanın diqqət mərkəzi həm siyasi nöqteyi-nəzərdən bizim qüdrətli dövlət olduğumuzu,yəni, reallıqları qəbul edib, eyni zamanda bizə olan maraq və diqqəti daha da artıb. Bu diqqət maliyyələşdirmə proyektlərində özünü göstərir. Bu ilin üç ayında iki böyük maliyyə proyektinə başlanıld. Proyekt – alternativ enerji üzrə iki elektrik stansiyasının bünövrəsi atıldı. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən tikilərək təhvil veriləcək.

Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi Azərbaycan ordusunun şanlı Zəfəri ilə bitdi. Bu Zəfər 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycan dövləti tarixi ədaləti bərpa etməklə yanaşı illərlə kağız üzərində qalmış BMT qətnamələrinin icrasını da təmin etmiş oldu. Azərbaycan tərəfindən Qarabağ münaqişəsinin həlli, eyni zamanda, BMT-nin üzərindən öz qətnamələrin icra olunmaması ilə bağlı yükü götürmüş oldu.

İşğaldan azad edilmiş torpaqlarda bərpa işlərinə başlamaq və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etmək münqaişədən sonrakı dövrdə əsas vəzifələrdən biridir. Bu istiqamətdə əməli addımlar atılmaqdadır. 2022-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev artıq bu il Ağalı kəndinin sakinlərinin öz yurdlarında yerləşəcəyini müjdəsini verdi.

Müzəffər prezidentimiz İlham Əliyev bəyan etdi ki, yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları daxil olmaqla işlər planlı şəkildə aparılır və proses bundan sonra da davam edəcək. Son 1 ildə görülən işlərə əsaslanaraq, qısa vaxtda digər yaşayış məntəqələrinə də qayıdışın reallaşacağını söyləmək mümkündür.

Əsas prioritet Qarabağı və Şərqi Zəngəzuru ideal bölgə kimi qurmaq, Azərbaycan vətəndaşlarının orada rahat, firavan yaşayışını təmin etməkdir.

Hal-hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı işlər dövlətimizin daxili gücü hesabına həyata keçirilir. Heç kimdən bir manat dəstək alınmır. Azad edilmiş torpaqlar da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir.
Qarabağın işğaldan azad edilməsi həmin ərazilərdə olan hidroresurslardan istifadə imkanı yaratdı. Təkcə azad edilmiş torpaqlarda bərpa olunan stansiyaların 9 min meqavatdan çox potensialı var. Azərbaycan dünyanın aparıcı xarici şirkətlərindən çoxlu təkliflər alır. Nəzərə alsaq ki, bizim qonşu ölkələrlə elektrik xətləri mövcuddur və ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə daha da artıb. Burada həm ölkə üzrə, həm Xəzər dənizini nəzərə almaq şərti ilə çox unikal bir potensial var. Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə və Türkiyəyə elektrik xətlərin çəkilişi də gündəlikdə duran məsələlərdəndir. Ümumiyyətlə azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək.

Tam əminik ki, müzəffər dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qarabağ və Şərqi Zəngəzur ideal, ağıllı bölgə kimi inkişaf edəcək. Azərbaycan vətəndaşları orada cansağlığı ilə azad yaşayacaqlar. Bu gün qürurla söyləyə bilərik ki, doğma Partiyamızın Sədri,güclü dövlətimizin başçısı cənab İlham Əliyevin sosial-iqtidadi, ictimai-siyasi və digər bütün sferalarda həyata keçirdiyi müdrik siyasət ümumilikdə ölkəmizin və xalqımızın milli maraqları naminə hesablanmışdır.

Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş