Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində BMT İnkişaf Proqramının beynəlxalq məsləhətçisi Lana Lovasiç ilə görüş keçirilib.
Newscenter.az-a DMA-dan bildirilib ki, görüşdə Azərbaycanda sosial sahibkarlığın təşviqinə dair məlumat mübadiləsi aparılıb və müvafiq fəaliyyətlərin əlaqələndirilməsi müzakirə olunub. Həmçinin, əlverişli sosial ekoloji sistemin formalaşdırılması, sosial sahibkarlığın inkişafı istiqamətində əldə olunan nailiyyətlər, qarşıya çıxan çətinliklər və imkanlardan danışılıb.
Görüşün nəticəsi olaraq sosial sahibkarlığın inkişafını təşviq etmək məqsədilə BMT İnkişaf Proqramı tərəfindən təkliflər paketinin hazırlanmasına dair razılığa gəlinib.
Sevinc