Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sputnik Azərbaycan”ın ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır!

“Sputnik Azərbaycan”ın ölkəmizdə fəaliyyətinə son qoyulmalıdır!


Etiraf edək ki, səbrli millətik. Hətta o dərəcə səbrliyik ki, bizim əleyihimizə fəaliyyət göstərən medianın fəaliyyətinə də tolerant yanaşırıq. Ancaq milli maraqlarımız səbrimizi qabaqlamalıdır.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Turan Rzayev səsləndirib. O bildirib ki, Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyanın son zamanlar Azərbaycana qarşı apardığı təxribatlara adekvat mövqe sərgiləməliyik:

"Məsələ ondadır ki, Simonyan bundan öncə də ölkəmiz əleyhinə əks təbliğat aparıb, ancaq onun sonuncu paylaşımında “Qarabağ Rusiyaya birləşdirilməlidir” deməsi səbr kasasını daşırdı".

Turan Rzayev hesab edir ki, belə bir insanın rəhbəri olduğu strukturun filialının Azərbaycanda fəaliyyətini davam etdirməsinə göz yumulmamalı, “Sputnik Azərbaycan”ın fəaliyyətinə son qoyulmalıdır:

"Bakının mərkəzində otura - otura ölkəyə qarşı təbliğat aparmaq, ərazi bütövlüyünü sual altına qoymaq yolverilməzdir".

Mehman
Xəbəri paylaş