Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada nüvə silahı istifadəsi nə qədər realdır?

Ukraynada nüvə silahı istifadəsi nə qədər realdır?


Ukrayna məsələsində "nüvə silahı istifadə edilə biləcəyi" mövzusu soyuq müharibə dövründəki "dəhşət balansının" yeni versiyasıdır. Tərəflər o zaman da bir birini şeytanlaşdırmaq, balanslaşdırmaq və qarşılıqlı böyük konvansiyonel müharibədən qaçmaq üçün nüvə amilini istifadə edirdilər. Fikrimcə indi də bənzər versiya baş verir.

Belə ki, Rusiya Qərbi və NATO-nu özüylə birbaşa müharibədən çəkindirmək və Ukrayna barədə daha məhdud davranması üçün nüvə silahı amilini xatırladır. Bu prosesdə "Mad man" (beynəlxalq münasibətlərdə "Mad man theory" var.) rolunu oynamaq Ukraynada Qərbin daha da irəliyə getməsinə mane olmaq üçün bu mərhələdə Rusiyaya sərf edir. Ona görə həm aldığı qərarlarla, həm də verdiyi mesajlarla nüvə silahı barədə ikibaşlı bir yanaşma ortaya qoyur.

"Rusiyanın nüvə silahı istifadə edə biləcəyi" tezisi Qərbin işinə də iki konteksdə sərf edir. Əvvəla, beləcə Rusiyanı dünyanın gözündə daha da şeytanlaşdırmış olur. Bu konteksdə ABŞ da NATO və AB-ni daha güçlü formada öz liderliyi ətrafında birləşdirir. Maraqlıdır ki, Ukrayna konteksində Kremlinin nüvə imkanları müharibənin ikinci günü Britaniya müdafiə naziri tərəfindən dolaylı gündəmə gətirilib və müharibənin üçüncü günü də Putin nüvə hazırlığını alarm səviyyəsinə gətirmə əmri verib. İkincisi, Qərbdə xüsusilə də ABŞ-da Rusiyaya qarşı daha da radikal addımlar atmaq üçün Baydeni daha çox teşvik etməyə çalışan dairələr var. Baydenə və NATO-ya Ukrayna səbəbiylə təzyiq güclənəndə rəsmilər deyir "bundan ötəsi içində nüvə müharibəsinin də olacağı Üçüncü Dünya müharibəsidir." Beləcə nüvə amili daha rasyonel mövqe üçün səbəb kimi istifadəyə yarayır.

Yəni yeni bir dəhşət balansı nümunəsi var qarşımızda.

Bu dəhşət balansı səbəbiylə nüvə silahlarına malik Qərb və Rusiya diqqətli davranacaq. Bu konteksdə Moskvanın nüvə silahını istifadəsi ehtimalını realda bugün müzakirə ediləndən çox daha zəif ehtimal olduğunu və olmayacağını düşünürəm. Digər tərəfdən Rusiyanın öz sərhədindəki ölkədə nüvə silahı istifadəsi həm hərbi, həm də strateji mənada istifadəsi anlamlı deyil.Üstəlik hərb meydanındaki real mənzərənin də bunu mediada göstərildiyi qədər zəruri etmədiyini də düşünürəm.

Nazim Cəfərsoy-siyasi elmlər üzrə fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini
Xəbəri paylaş