Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xüsusi təhlükəli infeksiyalarla mübarizəyə dair maarifləndirici təlim keçirilib

Xüsusi təhlükəli infeksiyalarla mübarizəyə dair maarifləndirici təlim keçirilib


Cənub Ərazi Baş Gömrük İdarəsində gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlər çərçivəsində maarifləndirici təlim keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, təlim Dövlət Gömrük Komitəsinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair təlimat”a əsasən təşkil edilib.

İki gün davam edən təlimi Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin rəisi Məhərrəm Nəbiyev və Sanitar-karantin xidmətinin həkim-statisti Natiq Zülfüqarov keçiblər.

Təlim zamanı gömrük sərhədində əks-epidemik tədbirlər, fərdi qoruyucu vasitələrdən istifadə qaydaları, xüsusi təhlükəli infeksiyaya yoluxmaya şübhəli bilinən şəxslərin izolyasiyası barədə məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara maarifləndirici çap materialları paylanılıb.

Xatırladaq ki, sözügedən təlimat Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı həyata keçirilən əks-epidemik tədbirləri tənzimləyir. Bu sənəd sanitariya nəzarətini həyata keçirən baş müfəttişlərin xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik fəaliyyətini, o cümlədən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti tərəfindən bu fəaliyyətin əlaqələndirilməsi istiqamətində zəruri məsələləri də tənzimləyir.

Təlimatda yoluxmaya şübhəli bilinən şəxslərin müəyyən edildiyi zaman görüləcək tədbirlər, təxliyə marşrutu və qurumlararası məlumat mübadiləsi əksini tapıb.

Bu kimi təlimlərin Tibbi Xidmət İdarəsinin təlim-tədris planına əsasən bütün gömrük-sərhəd buraxılış məntəqələrində keçirilməsi planlaşdırılır.

Sevinc
Xəbəri paylaş