Yeni Zelandiya Ukraynada cərəyan edən hadisələr səbəbindən Rusiyanın 18 ən böyük bank və maliyyə təsisatlarına qarşı sanksiyalar tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanaiya Maxutanın bəyanatında bildirilir.
“Yeni Zelandiya Rusiyanın 18 maliyyə təşkilatına, o cümlədən Rusiya Mərkəzi Bankı və Milli Rifah Fonduna, həmçinin bu ölkənin bank aktivlərinin ümumi həcminin 80%-nə sahib olan bir sıra digər iri maliyyə təsisatlarına qarşı sanksiyalar tətbiq edib”, - o deyib.