Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərlə bağlı reydlər keçirilib, 50 nəfər cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reydlər zamanı piyada səkilərində və digər müəyyən edilməyən ərazilərdə avtomobilləri park edən sürücülər aşkarlanıb.
Qayda pozan sürücülərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 50 nəfər barəsində isə inzibati tənbeh tədbiri görülüb.