Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sədri Azərbaycanın Gürcüstandakı səfirliyində olub

Milli Məclisin sədri Azərbaycanın Gürcüstandakı səfirliyində olub


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti Azərbaycanın bu ölkədəki səfirliyinə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Newscenter.az-a verilən məlumata əsasən, spiker səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.

Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.

Parlamentin sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Arzu
Xəbəri paylaş