NATO Mariupoldan dinc əhalinin təhlükəsiz təxliyəsində iştirak edə bilər.
Bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
"Rusiyanın Mariupoldan dinc əhali və yaralı əsgərlər üçün təhlükəsiz keçidə icazə verə biləcəyinə ümid var. Bu, baş verərsə, alyans ölkələrinin nümayəndələri bu işdə iştirak edə bilərlər", - Nuland qeyd edib.