Energetika naziri Pərviz Şahbazov aprelin 21-də Cəlilabad şəhərində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşəcək.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbul Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) keçiriləcək.
Qəbula yazılmaq üçün vətəndaşlar Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 telefon nömrəsi,“974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqə telefonu: (050) 668-61-24, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Sevinc