Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qafqazı yox, Putin Rusiyanın taleyini düşünsə yaxşıdı

Qafqazı yox, Putin Rusiyanın taleyini düşünsə yaxşıdı


Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə növbəti Moskva görüşünü müzakirə etmək əslində aksioma kimi qəbul edilmiş qənaəti təkrarlamaqdan başqa bir şey deyil.

Məlum idi ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşündən dərhal sonra Putin hökmən Brüssel görüşündən əldə edilmiş nəticəni pozmaq üçün hərəkət edəcək. Avropada Paşinyanla İlham Əliyev arasında hər görüşdən sonra Rusiya məhz belə bir addım atıb ki, Ermənistan Azərbaycan yaxınlaşmasını əngəlləsin. Rusiyanın Cənubi Qafqaz siyasətini anlamaq, proqnoz vermək üçün, necə deyərlər alim olmaq lazım deyil. Rusiyanın Cənubi Qafqazda mövcudluğu ancaq konfliktlərin mövcudluğundan keçir və Rusiya da heç bir halda heç bir konfliltin həllində maraqlı ola bilməz.

O ki, qaldı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə, əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, Rusiya-Ukrayna (Qərb) müharibəsi bitənədək sülh müqavilənin bağlanması prosesini uzatmaq böyük hədəflərimiz üçün milli maraqlarımıza uyğundur. Yeri gəlmişkən Xankəndi və ətraf ərazilərimizlə bağlı o qədər narahatçılığa səbəb yoxdur. Hər şey Azərbaycanın planı üzrə gedir.

Qafqazda sülhə təhlükə Rusiyanın özüdür və Ermənistanla sülh müqaviləsi Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir yəni ki, Ermənistanla sülh müqaviləsi Rusiyanı Azərbaycana qarşı dağıdıcı siyasətindən çəkindirən deyil. Əslində sülh müqaviləsində Ermənistan daha maraqlı tərəfdir, ona görə ki, SSRİ vaxtı qanunsuz olaraq Azərbaycan alınaraq Ermənistana verilmiş torpaqlara hüquq əldə etmiş olur. Azərbaycan dövləti sülh danışıqlarında maraqlı görünməsi vacibdir və bu realıqda Azərbaycanın siyasi, diplomatik manevr imkanlarını genişləndirir.

Emənistan Azərbaycan arasında sülh müqaviəsinin mümkünlüyü və Putinin buna mane olmaq istəyi əslində Azərbaycanın maraqlarına uyğundur. Çünki, Rusiya -Ukrayna (Qərb) müharibəsinin Ukrayna və Qərb üçün uğurlu sonluq mütləqdir və Azərbaycana bu sonluğü gözləmək isə olduqca vacibdir. Odur ki, Putinin Paşinyana Moskva tapşırığı həm də Azərbaycanın daha böyük strateji hədəflərini yaxınlaşdıran şərait yaradır. Putinin özünü ağıllı bilməsi ilə yanaşı Ukrayna inadı bizim işimizə yarayır.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
Xəbəri paylaş