Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal ətraf mühit problemləri müzakirə edilib

Qlobal ətraf mühit problemləri müzakirə edilib


Estoniyada səfərdə olan Azərbaycanın millət vəkilləri Jalə Əhmədova və Azər Kərimli bu ölkənin ətraf mühit naziri Erki Savisaar ilə görüşüblər.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Milli Məclisin deputatı Jalə Əhmədova deyib ki, görüş zamanı, bütün dünya ölkələrini narahat edən qlobal ətraf mühit problemləri və ekoloji tarazlığın pozulması ilə bağlı məsələləri geniş şəkildə müzakirə edilib, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb:

"Nazir qeyd etdi ki, təbii sərvətlər hər bir ölkənin milli sərvəti hesab edilir. Ekologiya Nazirliyinin vəzifəsi, gələcək nəsilləri zəngin təbiət və təmiz ətraf mühitlə təmin etmək, təbii sərvətlərdən səmərəli istifadəni təmin edəcək ilkin şərtlər və şərait yaratmaqdır".

Jalə Əhmədova onu da diqqətə çatdırıb ki, Erki Savisaar Estoniyanın Ətraf Mühit naziri postuna təyin edilənə kimi Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü və Estoniya Riigikogunun (parlament) maliyyə komissiyasının sədri olub.



Ruhiyyə
Xəbəri paylaş