Qusar rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.
Newscenter.az xəbər verir ki, Qusar rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, ticarət obyektlərində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Mehman