“Humanitar Tədqiqatlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Müharibənin təsirlərinin öyrənilməsi və hesabatın hazırlanması” layihəsinin icrasını davam etdirir.
Newscenter.az xəbər verir ki, layihə çərçivəsində regionlarda müharibədən zərər çəkən şəxslər arasında sorğu keçirilib, əhali və infrastruktur obyetlərinə dəyən zərər, zərərin aradan qaldırılması istiqamətində görülən işlərin nəticələri öyrənilib.
Növbəti mərhələdə müharibənin təsirinə məruz qalan insanların problemləri, həmin təsirlərin aradan qaldırılması üçün görülən və görülməsi zəruri olan məsələlərlə bağlı onlayn ictimai müzakirə təşkil ediləcək. İctimai müzakirə aprelin 21-də saat 16:00-da Zoom proqramı üzərindən keçiriləcək.
Mehman